Dizayn və Foto üzrə Spikerlər
Balaş Mirzabəy
Azərbaycan üzrə Səfir, Freepik

Balaş Mirzabəy
Azərbaycan üzrə Səfir, Freepik
Balaş Mirzabəy 2008-ci ildən 2D və 3D dizayn sahəsi ilə məşğul olur. 2012-ci ildə "Koroğlu MMC"-nin Marketinq Departamentində dizayner kimi fəaliyyətə başlamışdır. Baş dizayner vəzifəsinə kimi yüksəlmişdir. 2013-cü ildə Rubicon Agency-də Art dirketor vəzifəsində işləmiş və bir çox layihələrin müəllifi olmuşdur. 2014-2016-ci illərdə Maxy Group reklam agentliyini təsis etmişdir. 2016-2018-ci illərdə Azər Türk Bankın Marketinq departamentində mütəxəssis kimi başlamış və baş mütəxəssis vəzifəsinə qədər yüksəlmişdir. 2018-ci ildən etibarən Kapital Bankın Marketinq Departamentində baş mütəxəssis olaraq fəaliyyət göstərir. Həmçinin Beynəlxalq dərəcəli Freepik şirkətinin Azərbaycan üzrə rəsmi Səfiri təyin edilmişdir. 300-dən çox müxtəlif layihələrin müəllifidir.
Andre Jabali
Fotoqraf, Andre Jabali Photography

Andre Jabali
Fotoqraf, Andre Jabali Photography
Pronin Andrey Aleksandr 1987-ci ildə Bakıda həkim və fotoqraf ailəsində anadan olmuşdur.
15 yaşından etibarən özünü fotoqrafiyada sınamağa və fizika ilə maraqlanmağa başlamışdır.
Petersburg və Innsbruk məktəblərində fotoqrafçılıq üzrə təhsil almışdır.
21 yaşında qarşısına daha mürəkkəb məqsədlər qoymaqla, rəqəmsal fotoqrafiyaya başlamış, eyni zamanda həm nəzəriyyə həm də praktikasını öyrənmişdir və bu gün də davam etməkdədir.
Daha çox imic, portret, məhsul və idman sahələrinde foto çəkilişlər üzrə ixtisaslaşıb, eyni zamanda stokların çəkilişlərini də həyata keçirir.
Bu müddət ərzində RedBull, Erickson, International Bank of Azerbaijan, BAT, Gilan Holding, SOCAR, Bakcell, Nar, BMC və digər müştərilərlə iş tecrübəsinə sahib olub.
Həmçinin Avropa Fotoqraflar Federasiyasının (FEP) üzvüdür.
Emin Əlizadə
Fotoqraf, ASAN xidmət

Emin Əlizadə
Fotoqraf, ASAN xidmət
Emin Əlizadə 2011-ci ildən professional olaraq reklam fotoqrafiyası ilə məşğul olur. 2014-cü ildən "ASAN xidmət"in ictimaiyyətlə əlaqələr şöbəsində çalışır. FotoMən fotoqrafiya məktəbini təsis edərək ilk etapda 40-dan çox gəncin professional təlimçilərdən dərslər almasını təmin etmişdir. Həmçinin FotoMən 2 layihəsini də uğurla həyata keçirmişdir. Hazırda stock saytlar üçün çəkilişlər və özəl qurumlar ilə reklam çəkilişləri sahəsində çalışır.
Tələt Əliyev
Art direktor, Brandup agency

Tələt Əliyev
Art direktor, Brandup agency
Tələt Əliyev 10 ilə yaxındır ki, qrafik dizayn sahəsində təcrübəyə malikdir. Yaradıcılığa erkən yaşlarından böyük maraq göstərərək qrafik dizayn və rəsm istiqamətlərində özünü inkişaf etdirməyə başlayıb. 2015-ci ildən Brandup agentliyində əvvəlcə qrafik dizayner, sonra art direktor vəzifəsində çalışıb və hal-hazırda da bu agentlikdə fəaliyyətini davam etdirir. Bu illər ərzində 70-dən çox yerli və xarici brendin yaradılmasında iştirak edib, həmçinin müxtəlif qlobal brendlər üçün vizual kommunikasiyalar yaradıb. Bu siyahıdan Samsung, Mercedes, Volkswagen, Hyundai, P&G, Panasonic, Lactalis Group, STP kimi qlobal brendləri misal gətirmək olar. Bundan əlavə, Tələt rəqəmsal rəssamlıq sahəsində ixtisaslaşır, "Lionsgate" film şirkəti üçün hazırladığı illüstrasiya ən yaxşı illüstrasiya olaraq mükafatlandılıb və Samsung beynəlxalq reklam videolarında istifadə olunub.
Toğrul Babayev
Art direktor, Cinealliance

Toğrul Babayev
Art direktor, Cinealliance
Toğrul Babayev Akif oğlu 1984-cü ildə Bakı şəhərində anadan olub. Yaradıcılıqla dolu bir ailədə dünyaya göz açıb və artıq uşaq yaşlarından incəsənətə sevgi ilə böyüyüb. 1997-ci ildə Kodak Photo Express-də operator kimi fəaliyyət göstərib. O zamandan bir çox yerli şirkətlərdə, dövlət orqanlarında eləcə də Türkiyədə dizayner, art direktor kimi fəaliyyət göstərib. İnformatika üzrə bakalavr təhsili alıb, Cisco Networking Academy-nin tələbəsi və sonra da CCNA və CCNP proqramları üzrə instruktorluq təhsilini alıb. Hindistanda CDAC-da informasiya və şəbəkə təhlükəsizliyi üzrə təhsil alıb. Dizayn, rəssamlıq, heykəltəraşlıq, fotoqrafiya, videoqrafiya və musiqi sahəsində geniş bilik və təcrübəyə malikdir və bu 21 illik təcrübə artıq onu bu sahədə generalist kimi yetişdirmişdir. Karyerası ərzində Azercell, Bakcell, Azersun, AGBank, PashaBank, STP, AFFA, EuroDesign, Palmali, Pal Süd, WPM, Procter&Gamble, Socar, Made in Azerbaijan, Baku 2015, Baku Chess Olympiad 2016, Heydar Aliyev Centre, və s. üçün brendinq, eləcədə dizaynın fərqli istiqamətləri üzrə bir çox işlərə imza atmışdır.
Toğrul Babayev - Digiart Creative Team-in təsisçisi, STEP IT Academy Baku-da Kompüter qrafikası və dizayn kafedrasının rəhbəri kimi çalışıb. Hal-hazırda isə Cinealliance şirkətinin art direktorudur.
BİZİ AXTAR Tədbirin yerini öyrən
Bakı Gənclər Mərkəzi, Sabunçu, Bakı
AZ-1132, Bakıxanov qəsəbəsi, M. Fətəliyev küç.
Azərbaycan,
Bakı, Azərbaycan
Saat: 10:00-14:00
Bilet sifarişi:
Ad, Soyad: Vüqar Babayev
Mob: +994 55 668 88 11
Email: vugar.babayev94@gmail.com
Proqram haqqında:
Ad, Soyad: Balaş Mirzabəy
Mob: +994 55 668 88 11
Email: balash.mirzeyev@gmail.com